Bu gün Günəş tutulması olacaq

09:21 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün ilin sonuncu Günəş tutulması baş verəcək.

 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a verilən məlumata görə, bu tutulma tam Günəş tutulmasıdır.

 

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

 

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.